Bakı. Trend:
Türkiyə parlamenti prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiyaya dəyişiklikləri qəbul edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə 488 deputat iştirak edib. Onlardan 339-u qanun layihəsinin lehinə, 142-si əleyhinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq.