...

Nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək

Dünya xəbərləri Materials 27 Yanvar 2017 20:10 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə pilot layihə fəaliyyətə başlayır.

Trend-in məlumatına görə, bu barədə açıqlama verən ölkənin əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğlu deyib ki, layihə işləyən valideynlərin övladlarına baxan nənələrlə bağlıdır. Pilot layihə həmin nənələrə ödənişlərin edilməsini nəzərdə tutur.

Nazirin sözlərinə görə, layihə bu ilin martından reallaşdırılmağa başlanacaq.

Məqsəd qadınların məşğuliyyətini artırmaq və onlara tam iş günü işləmək imkanı verməkdir.

Pilot layihə 4 əyalətdə başlayacaq və 5000 ailəni əhatə edəcək. 6 aydan sonra, işlərin gedişindən asılı olaraq, Türkiyənin digər yerlərində də tətbiq olunacaq.

@o_quluzade

Məqalədə:
Xəbər lenti

Xəbər lenti