Bakı. Trend:
Sakit okeanını mərkəzi hissəsində Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Xixifo yaşayış məntəqəsindən 109 kilometr şimal-şərqdə olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.