...

Tramp kibertəhlükəsizliyə dair fərman imzalayacaq

Dünya xəbərləri Materials 31 Yanvar 2017 05:59 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp yanvarın 31-də kibertəhlükəsizliyə dair fərman imzalayacaq
Tramp kibertəhlükəsizliyə dair fərman imzalayacaq

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yanvarın 31-də kibertəhlükəsizliyə dair fərman imzalayacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp deyib ki, kibercinayətkarlıq ABŞ-da ən sürətlə artan cinayətlər kateqoriyasına daxildir və onun təsirinə həm dövlət, həm də özəl sektorlar məruz qalır.

Qeyd edək ki, Tramp seçildikdən sonra qısa müddət ərzində kibertəhlükəsizlik strategiyasını hazırlamağı vəd edib. O, Nyu-Yorkun keçmiş meri Rudi Culianini bu məsələ üzrə koordinator təyin edib və bu mövzuda bir sıra iş adamları ilə görüşlər keçirilməsi haqqında elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti