...

Merkel: Qaçqınlar üçün Türkiyəyə ayrılan pul konkret layihələrə getməlidir

Dünya xəbərləri Materials 2 Fevral 2017 19:39 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Türkiyəyə qaçqınların qəbulu üçün konkret layihələr üzrə vəsait ayıracaq.
Merkel: Qaçqınlar üçün Türkiyəyə ayrılan pul konkret layihələrə getməlidir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Türkiyəyə qaçqınların qəbulu üçün konkret layihələr üzrə vəsait ayıracaq.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ Türkiyəyə miqrasiya razılaşmasına əsasən maddi dəstək verməlidir: "Pul qaçqınlar üçün konkret layihələrə getməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti