...

Rayan: Amerika Suriyaya əlavə hərbi kontingent göndərməlidir

Dünya xəbərləri Materials 6 Fevral 2017 06:01 (UTC +04:00)

Bakı. Trend:

Amerika Suriyaya İŞİD terror qruplaşması ilə mübarizə üçün əlavə hərbi kontingent göndərməlidir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ konqresinin nümayəndələr palatasının spikeri Pol Rayan "NBC News" telekanalına müsahibəsində deyib.

Rayan bildirib ki: "Biz İŞİD-ə Suriyanı sığınacaq kimi istifadə etməyə imkan verə bilmərik. Bu bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Biz Suriyada İŞİD-i məhv etməliyik".

Spiker qeyd edib ki, bunu həyata keçirtməyin ən yaxşı üsulunu tapmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti