Bakı. Trend:
Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib.
Trend-in məlumatına görə, prezidenti ölkə parlamentinin üzvləri seçiblər.
Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub.
Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb.
Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.