...

İŞİD Mosuldan qaçmağa çalışan 45 dinc sakini güllələyib

Dünya xəbərləri Materials 9 Fevral 2017 10:47 (UTC +04:00)

Bakı. Trend:

İŞİD terror qruplaşmasının döyüşçüləri bir həftə ərzində İraqın Mosul şəhərinin qərb hissəsini tərk etməyə çalışan 45 dinc sakini güllələyib.

Trend-in məlumatına görə, hazırda İŞİD gəncləri sıralarına cəlb etməyə çalışır. Lakin bir çoxları terror qruplaşmasına qoşulmaqdan imtina edərək qaçmağa cəhd edir.

BMT-nin məlumatına əsasən, Mosulun İŞİD-in tam nəzarətində olan qərb hissəsində 750-800 min nəfər dinc sakin var.

Qeyd edək ki, İraq hərbçiləri artıq 77 gündür şəhərin qərb hissəsini mühasirədə saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti