Bakı. Trend:
ABŞ-ın idarə olunan raket sistemi ilə təchiz edilmiş "USS Porter" esminesi Qara dəniz hövzəsini tərk edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyanın Neapol şəhərində yerləşən 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, gəmi təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyat apardıqdan sonra Qara dənizdən çıxıb.
Gəmi Qara dəniz hövzəsinə fevralın 2-də daxil olub.