Bakı. Trend:
Somalinin cənubunda baş vermiş hücum nəticəsində 8 hərbçi həlak olub.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,“Əş-Şəbab” qruplaşmasının silahlıları Somali milli ordusunun bazalarına hücüm edib. Hücum nəticəsində ikisi zabit olmaqla ümumilikdə 8 hərbçi həlak olub.
Gedən döyüşlər zamanı iki terrorçu məhv edilib.