Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp "Böyük Yeddiliyin" sammitində iştirak etmək üçün İtaliyaya səfəri zamanı Roma Papası Fransisk ilə görüşə bilər. Trend-in məlumatına görə, bu barədə İtaliyanın nüfuzlu "Corriere dell Sera" qəzeti məlumat verib.
Məlumatda bildirilir ki, Amerikanın "Breitbart news" xəbər portalının Roma bürosunun rəhbəri bəyan edib ki, o bu barədə D.Trampın əsas müşaviri Stiven Bennona yazıb: "ABŞ prezidentinin İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşməsinin də nəzərə alınmasını qeyd etdim. Bennon cavab verdi ki, bu barədə artıq düşünülüb".