Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət etməyi milyarder Stiven Faynberqə tapşırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "New York Times" qəzeti administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.
Qəzet yazır ki, onun milli təhlükəsizlik üzrə müşavir Stiven Brennonla yaxşı münasibəti var.
Ağ Ev hələ bu təyinat barədə rəsmi bəyanat verməyib.
Qeyd edək ki, S.Faynberq "Cerberus Capital Management" investisiya şirkətinin həmtəsisçişi və Tramp administrasiyasının İqtisadi Şurasının üzvüdür.