...

Tramp: Mən NATO-nun fanatıyam

Dünya xəbərləri Materials 19 Fevral 2017 07:34 (UTC +04:00)

Bakı. Trend:

Mən NATO-nun fanatıyam. Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində çıxışı zamanı deyib.

O, deyib ki: "Mən NATO-nun fanatıyam. Lakin NATO-da olan bir çox ölkə zəngindir, amma onlar lazımı qədər pul ödəmirlər".

Qeyd edək ki, ABŞ-ın NATO-nun büdcəsinə töhfəsi əksər NATO ölkələrindən xeyli çoxdur. Tramp dəfələrlə qeyd edib ki, ABŞ faktiki olaraq NATO-nu saxlamağa məcburdur və NATO köhnəlmiş təşkilatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti