Bakı. Trend:
Yəmənin cənub-qərbində, Abyan əyalətinin Zincibar şəhərində partlayış baş verib.
Trend-in "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-intiharçı minalanmış avtomobillə hərbi düşərgənin giriş hissəsinə gələrək partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində ən azı 5 hərbçi ölüb.
Partlayışdan sonra hökumət qüvvələri ilə silahlılar arasında atışma olduğu bildirilir.
Terrorçunun "Əl-Qaidə" təşkilatının üzvü olduğu ehtimal edilir.