Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.
Trend-in "Politico" jurnalına istinadən verdiyi məlumata görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında bu məsələ müzakirə olunacaq, lakin ABŞ tərəfindən hər hansı bir qərar gözlənilmir.
Qeyd edək ki, BMT İnsan Hüquqları Şurası təşkilatın sistemində beynəlxalq hüquq-müdafiə orqanıdır və o, İnsan Hüquqları üzrə Komissiyanı əvəzləyib.