...

Maltada "Taxtların oyunu" serialındakı "Lacivərd pəncərəsi" qayası uçub

Dünya xəbərləri Materials 8 Mart 2017 23:34 (UTC +04:00)
Aralıq dənizindəki Malta adasında məşhur 28 metrlik "Lacivərd pəncərəsi" qayası uçub
Maltada "Taxtların oyunu" serialındakı "Lacivərd pəncərəsi" qayası uçub

Bakı. Trend:

Aralıq dənizindəki Malta adasında məşhur 28 metrlik "Lacivərd pəncərəsi" qayası uçub.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, məlumatı Maltanın ətraf mühit naziri Xose Errera təstiqləyib:

Nazir deyib: "Aparılan araşdırmaların nəticələrinə görə qayanın uçması gözlənilirdi və süni müdaxilə ilə uçmanın qarşısını almaq mümkün deyildi".

Qeyd edək ki, qaya tez-tez kinematoqrafçıların diqqətini cəlb edir, belə ki qayanı Andrey Konçalovskinin "Odisseya" və populyar "Taxtların oyunu" serialında görmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti