...

İraq kürdləri referendum keçirməyə hazırdırlar - Müstəqil olmaq üçün

Dünya xəbərləri Materials 10 Aprel 2017 10:22 (UTC +04:00)
İraq kürdləri referendum keçirməyə hazırdırlar.
İraq kürdləri referendum keçirməyə hazırdırlar - Müstəqil olmaq üçün

Trend-i buradan izləyin

Bakı. Trend:

İraq kürdləri referendum keçirməyə hazırdırlar.

Trend-in məlumatına görə, İraqın kürd administrasiyasının müxtəlif partiyalarının nümayəndələri bu il regionun müstəqilliyi ilə bağlı referendum keçiriləcəyini xəbər vermək üçün Ərbildə çalışan xarici diplomatlar və konsullarla görüşüblər.

Kürd siyasətçilər diplomatlara martın 23-də İraqın kürd administrasiyasının baş naziri Neçirvan Bərzaninin regionun müstəqilliyi ilə bağlı referendum keçiriləcəyini vəd edən bəyanatını da xatırladıblar.

Bildirilib ki, referendumdan sonra rəsmi Bağdadla danışıqlar səsvermənin nəticəsinə uyğun olaraq aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti