Bakı. Trend:
Bir neçə gün əvvəl Misirdə baş vermiş terror aktlarına baxmayaraq Roma Papası Fransisk bu ölkəyə səfər etmək niyyətini təsdiq edib.
Trend-in məlumatına görə, aprelin 28-29-da baş tutacaq səfər zamanı Roma Papası Qahirədə böyük təhlükəsizlik tədbirləri şəraitində hərəkət edəcək.
Qeyd edək ki, Roma Papası Misirdə ölkə prezidenti Əbdül Fəttah əs-Sisi, Misir kopt kilsəsinin patriarxı ilə görüşəcək və dünyanın ən iri islam universiteti Əl-Əzhər universitetini də ziyarət edəcək.