Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.
Trend-in məlumatına görə, daha əvvəl Türkiyənin baş naziri Binali Yıldırım və digər rəsmi şəxslər səs veriblər.
Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.
Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.
Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.
Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.
Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.