Bakı. Trend:
Şri-Lankanın paytaxtı Kolomboda zibil qalağının yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 30 nəfər həlak olub.
Trend-in məlumatına görə, bir neçə gün əvvəl baş vermiş hadisə ilə əlaqədar axtarışlar davam etdirilir.
Məlumatda qeyd olunur ki, nəhəng zibil qalağının çökməsi nəticəsində 100-ə yaxın gecəqondu ev dağıntılar altında qalıb. 500-dən çox adam evindən məhrum olub.
Xilasedicilər bölgədə çoxlu sayda itkin düşənlərin olduğunu ehtimal edir.