...

Peterburq metrosu yenə bağlandı - Sahibsiz əşyalar tapılması trendi davam edir

Dünya xəbərləri Materials 18 Aprel 2017 18:25 (UTC +04:00)
Bu gün gündüz saatlarında Sankt-Peterburqda "Ploşad Mujestva" metro stansiyası sərnişinlərin giriş və çıxışı üçün bağlanıb.
Peterburq metrosu yenə bağlandı - Sahibsiz əşyalar tapılması trendi davam edir

Bakı. Trend:

Bu gün gündüz saatlarında Sankt-Peterburqda "Ploşad Mujestva" metro stansiyası sərnişinlərin giriş və çıxışı üçün bağlanıb. Trend xəbər verir ki, metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, səbəb yenə də metroda tapılan sahibsiz əşyadır.

Metropolitenin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, metro stansiyası saat 16.29-dan giriş və çıxış üçün bağlanıb. Platformada sahibsiz əşya tapılıb.

Hazırda araşdırma aparılır. Qatarlar platformadan dayanmadan keçir.

Xəbər lenti

Xəbər lenti