Bakı. Trend:
Çilinin sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji xidmətinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 23:36-də qeydə alınıb.
Yeraltı təkanların episentri Valparaiso şəhərindən 42 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 9,8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.