Bakı. Trend:
Venesuelanın qərbində prezident Nikolas Maduronun siyasətinə qarşı etiraz zamanı daha üç nəfər ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir.
İnsidentlər nəticəsində bir neçə nümayişçi ciddi xəsarət alıb və onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Venesuelada baş verən kütləvi küçə aksiyaları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.