...

Antalyada istirahəti sevənlər - YENİ QADAĞA

Dünya xəbərləri Materials 2 May 2017 11:56 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində spirtli içkilərlə bağlı qadağalar sərtləşdirilib
Antalyada istirahəti sevənlər - YENİ QADAĞA

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində spirtli içkilərlə bağlı qadağalar sərtləşdirilib.

Trend-in məlumatına görə, şəhər ərazisində hotel və iaşə obyektlərindən kənarda, açıq sahələrdə spirtli içkilərin içilməsi qadağan edilib.

Məlumatda qeyd olunur ki, park, meydança, məhəllələr, yol kənarları, tarixi yerlər və digər sahələr qadağan olunan ərazilərə daxil edilib.

Bu qaydanı pozan şəxslər 100 lirə həcmində cərimə oluna bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti