Bakı. Trend:
İtaliyanın Sahil Mühafizəsi Xidmətinin üzvləri 3 minə yaxın miqranti xilas ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, gün ərzində 20 xilasetmə əməliyyatı təşkil olunub.
Mart ayında afrikalı miqrantlar üçün "Avropaya pəncərə" sayılan Liviya, İtaliyadan və Avropa İttifaqından (Aİ) qeyri-leqal miqrasiya ilə mübarizə üçün 800 milyon avro yardım istəyib. İstənilən yardım paketinə helikopterlər, radarlar, avtomobillər, qayıqlar və peyk ilə işləyən telefonlar daxildir.