...

ABŞ və Türkiyə bu məsələlərdə razılığa gəldilər

Dünya xəbərləri Materials 17 May 2017 00:05 (UTC +04:00)

Bakı. Trend:

ABŞ lideri Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ölkəsinin Türkiyəni dəstəklədiyini bildirib.

Trend Sputnik-ə istinadən bildirir ki, bunu Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bəyan edib.

Öz növbəsində Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Ərdoğan Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti