...

Xarkovda LGBT-nin aksiyası dava-dalaşla bitdi

Dünya xəbərləri Materials 18 May 2017 10:24 (UTC +04:00)
Ukraynanın Xarkov şəhərində LGBT cəmiyyətinin aksiyası zamanı iki polis əməkdaşı xəsarət alıb.
Xarkovda LGBT-nin aksiyası dava-dalaşla bitdi

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərində LGBT cəmiyyətinin aksiyası zamanı iki polis əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, təqribən 30 maskalı şəxs aksiyanın keçirilməsinə mane olmağa çalışıb, iştirakçıları hədələyib.

Qarşıdurmaya müdaxilə edən polis əməkdaşlarından 2 nəfər xəsarət alıb. Saxlanılanlar var.

Hazırda həmin şəxslərin kimliyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti