...

Hindistanda avtobus qəzaya uğrayıb: 6 ölü

Dünya xəbərləri Materials 21 May 2017 16:33 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Hindistanda avtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində azı 6 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.

Qeyd edilir ki, avtobusun sürəti normadan artıq olub.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər yerindəcə həlak olub, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan bəziləri ağır vəziyyətdədir. Beş nəfərin şəxsiyyəti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti