...

İstanbulda bazarda güclü yanğın: yollar bağlandı (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 2 İyun 2017 12:27 (UTC +04:00)
İstanbulun velosipedçilər bazarında güclü yanğın olub.
İstanbulda bazarda güclü yanğın: yollar bağlandı (FOTO/VİDEO)

Bakı. Trend:

İstanbulun velosipedçilər bazarında güclü yanğın olub.

Trend-in məlumatına görə, səhər saatlarında bazarda velosiped və uşaq maşınlarının olduğu anbarlardan birində yanğın baş verib. Yanğın qonşu depolara da keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıblar.

Yaxınlıqdakı yolötürücü və Taksim istiqamətində avtomobil yolu bağlanıb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti