...

Əfqanıstanda hökumət əleyhinə aksiyada ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 2 İyun 2017 15:56
Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə toqquşma yaşanıb.
Əfqanıstanda hökumət əleyhinə aksiyada ölənlərin sayı artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə toqquşma yaşanıb.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 7 nəfər həlak olub.

Qeyd olunur ki, polis aksiyanı gözyaşardıcı qaz və su şırnaqları vasitəsilə dağıtmağa çalışıb. Aksiya iştirakçıları polisin onlara atəş açdığını bildirib.

Mindən çox şəxs Əfqanıstan Prezidenti Əşrəf Qəninin istefası tələbi ilə aksiyaya qatılıb.

Aksiya bir neçə gün əvvəl Kabildə törədilmiş terror aktı ilə əlaqədar keçirilib.

Xatırladaq ki, çərşənbə günü Kabildə Prezident sarayı və xarici səfirliklərin yaxınlığında güclü partlayış baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 100 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti