...

Daha bir ölkə Qətərlə əlaqələri kəsdi

Dünya xəbərləri Materials 6 İyun 2017 09:47 (UTC +04:00)
Daha bir ölkə Qətərlə əlaqələri kəsdi.
Daha bir ölkə Qətərlə əlaqələri kəsdi

Bakı. Trend:

Mavrikiy Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adalarından sonra Afrika ölkəsi Mavrikiy analoji qərarı qəbul edən 8-ci ölkə olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti