...

Qətər rialının məzənnəsi son 11 ildə rekord səviyyədə azaldı

Dünya xəbərləri Materials 7 İyun 2017 17:34 (UTC +04:00)
Qətər rialının məzənnəsi son 11 il ərzində rekord səviyyədə aşağı düşüb.
Qətər rialının məzənnəsi son 11 ildə rekord səviyyədə azaldı

Bakı. Trend:

Qətər valyutasının məzənnəsi rekord səviyyədə azalıb.

Trend-in məlumatına görə, Qətər rialının məzənnəsi bir sıra ərəb ölkələrinin Doha ilə münasibətləri dayandırması fonunda azalmaqda davam edir və son 11 il ərzində rekord səviyyədə aşağı göstəriciyə çatıb.

Çərşənbə günü spot valyuta bazarında bir dollar 3.65 rial təşkil edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti