...

Ərdoğan ABŞ polisi tərəfindən mühafizəçilərinin həbsinə order verilməsinə sərt reaksiya verdi

Dünya xəbərləri Materials 16 İyun 2017 03:15 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan ABŞ polisi tərəfindən onun mühafizəçilərinin həbsinə order verilməsinə münasibət bildirib.
Ərdoğan ABŞ polisi tərəfindən mühafizəçilərinin həbsinə order verilməsinə sərt reaksiya verdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisi tərəfindən onun mühafizəçilərinin həbsinə order verilməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Prezident Kompleksində keçirilən "Ankara Dövlət Protokol İftarı" proqramında çıxışı zamanı Ərdoğan Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

O qeyd edib: "Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi bununla bağlı heç bir tədbir görmədi. Heç təsəvvür edirsinizmi, belə bir hadisə Türkiyədə baş versəydi, nələr olardı? ABŞ polisinin bu vəziyyətdə heç bir tədbir görməməsi azmış kimi, üstəlik, dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur belə? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?"

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mühafizəçilərinin həbsinə dair order verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti