...

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63-ə çatıb

Dünya xəbərləri Materials 19 İyun 2017 23:17 (UTC +04:00)
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63-ə çatıb
Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63-ə çatıb

Bakı. Trend:

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, son məlumatlara əsasən, yanğınlar nəticəsində 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağır dəyərləndirilir.

Portuqaliya prezidenti Marselu Rebelu di Souza hadisə yerini ziyarət edib.

Yanğınların söndürülməsində 200-ü İspaniya hərbçisi olmaqla 2 minə yaxın insan iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti