Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

Bakı. Trend:
Hindistanın Xaryana ştatında kiçik bir kənd ABŞ prezidinti Donald Trampın şərəfinə adlandırılıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda AFP xəbər verib.
Kəndin girişində üzərində gülümsəyən ABŞ prezidenti və "Tramp kəndinə xoş gəlmisiniz" sözləri yazılan böyük plakat yerləşdirilib.
Qeyd edək ki, əvvəllər kənd Marora adlanırdı.