Bakı. Trend:
Ermənistanın 2016-cı il dövlət büdcəsinin kəsiri ÜDM-in 3,5 faizindən 5,5 faizədək artıb.
Trend-in məlumatına görə, bu barədə büdcənin icrası üzrə hesabatda deyilir.
Kəsir təqribən 278 milyard dram və ya illik planın 54 faizi təşkil edib. Kəsirin örtülməsi üçün dövlət istiqrazlarının emissiyası artırılıb.
2017-ci ildə Ermənistan hakimiyyəti borc yükünün artımının qarşısını almaq üçün kəsiri ÜMD-ə nisbətdə kəskin azaltmağı (2,8 faizədək) planlaşdırır.