Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Qüvvələri (HQ) Suriyanın İdlib şəhərinə daxil olub. Trend-in mlumatına görə, bu barədə bu gün Türkiyə KİV-ləri xəbər yayıb.
Xəbərə görə, şəhərdə hərbi baza təşkil edilməsi nəzərdə tutulub. Həmçinin Türkiyə HQ-nin Rusiya HQ ilə birlikdə şəhərdə təhlükəsizliyə nəzarət edəcəyi bildirlir.
Qeyd edək ki, daha öncə türkiyəli hərbçilərin İdlibdə yerləşə bilməsi ehtimalı barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın bildirmişdi.