Bakı. Trend:
Şimali Afrika ölkələrinin birindən olan 15 yaşlı miqrant turist avtobusunun altında 250 kilometr yol qət edib.
Trend-in məlumatına görə, həmin şəxs Mərakeşdə britaniyalı turistlərin olduğu avtobusun altında gizlənib. Avtobus bərə vasitəsilə Mərakeşdən İspaniyaya keçib və Sevilya şəhərinə gəlib.
Həmin miqrant yalnız Sevilyada aşkar edilib və tibb məntəqəsinə aparılıb.
Tibbi baxışdan sonra onun qeyri-leqallar üçün mərkəzə yerləşdiriləcəyi bildirilib.