...

Pentaqon: ABŞ Əfqanıstanda İŞİD liderini məhv edib

Dünya xəbərləri Materials 15 İyul 2017 02:18 (UTC +04:00)
ABŞ Əfqanıstanda İŞİD terror qrupplaşmasının lideriniməhv edib
Pentaqon: ABŞ Əfqanıstanda İŞİD liderini məhv edib

Bakı. Trend:

ABŞ Əfqanıstanda İŞİD terror qrupplaşmasının lideriniməhv edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon məlumat yayıb.

"İyulun 11-i ABŞ qüvvələri İŞİD terror qruplaşmasının Əfqanıstanın Kunar əyalətində qərargahına endirdiyi zərbələr nəticəsində, İŞİD-in əmiri Əbu-Sayed məhv edilib", - Pentaqonun məlumatında deyilir.

Qeyd olunur ki, bundan əlavə İŞİD-in bir neçə komandiridə məhv edilib.

Pentaqon qeyd edir ki, Əbu-Sayed Əfqanıstanda İŞİD-in məhv edilən 3-cü lideridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti