Bakı. Trend:
Əfqanıstanın Kandaqar vilayətində hərbi bazaya silahlı hücum olub. Trend-in məlumatına görə, yerli telekanal taliblərin hücumu nəticəsində azı 40 nəfər hərbçinin ölməsi barədə xəbər verib.
Məlumata görə, hərbçilərlə taliblər arasında silahlı toqquşma 5 saat davam edib.
Hökumət insidentlə bağlı hələ heç bir açıqlama verməyib. Taliblərin də itkiləri barədə hələ məlumat yoxdur.