Bakı. Trend:
Taylandın cənubunda Çumpxon vilayəti sahillərində 5 turist qayığın aşması nəticəsində ölüb.
Trend-in məlumatına görə, meteoroloqların hündür dalğalar olacağı barədə və əlverişsiz hava ilə bağlı xəbərdarlığına rəğmən, gəzinti qayığında 3-ü ekipaj üzvü olmaqla, 13 nəfər dəniz gəzintisinə çıxıb.
Ölənlərin 5-nin də turist olduğu bildirilib.
Qeyd olunur ki, ölənlərin hamısı Tayland vətəndaşlarıdır.