Bakı. Trend:
ABŞ-ın Los-Anceles şəhərində avtomobil insaları vurduqdan sonra azı 8 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda şəhərin təcili yardım xidmətinin tabe olduğu dövlət yanğından mühafizə idarəsi xəbər verib
Məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 15:47 radələrində Mid-Uilşir şəhərçiyində baş verib.
Avtomobil doqquz nəfərdən ibarət kütlənin üzəri sürüb, lakin onlardan biri ciddi zədələrdən qaçmağa nail olub. 8 nəfər xəstəxanaya çatdırılıb, onlardan birinin kritik vəziyyətdə olduğu qeyd olunur.