Bakı. Trend:
Konqo Demokratik Respublikasının şərqində bantu və piqmey qəbilələr arasında baş verən toqquşmalarda azı 50 nəfər həlak olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.
Qeyd edək ki, bu son aylar ərzində etnik münaqişələrdə ən çox həlak olanlardır.