...

İtaliyanın şimalında kəskin hava şəraiti - 4 ölü

Dünya xəbərləri Materials 7 Avqust 2017 18:33 (UTC +04:00)
İtaliyanın şimalında bir neçə gün davam edən dəhşətli istilər yerini güclü külək və yağıntılara verib.
İtaliyanın şimalında kəskin hava şəraiti - 4 ölü

Bakı. Trend:

İtaliyanın şimalında bir neçə gün davam edən dəhşətli istilər yerini güclü külək və yağıntılara verib.

Trend-in məlumatına görə, 4 nəfər kəskin hava şəraitinin qurbanı olub.

İki nəfər güclü küləyin qopardığı ağacların altında qalaraq həyatını itirib, bir nəfər isə şimşək vurması nəticəsində həlak olub.

Daha bir nəfər isə daşqının qurbanı olub.

Ümumilikdə, 50-dən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Eyni zamanda, ölkənin cənubunda davam edən şiddətli istilərlə əlaqədar yanğınlar qeydə alınır.

Yanğınların qarşısının alınması üçün helikopterlərdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti