...

Çində 5 nəfər qasırğanın qurbanı olub

Dünya xəbərləri Materials 12 Avqust 2017 08:31 (UTC +04:00)
Çinin şimalında, Daxili Monqolustan Muxtar rayonunda qasırğa nəticəsində azı 5 nəfər həlak olub
Çində 5 nəfər qasırğanın qurbanı olub

Bakı. Trend:

Çinin şimalında, Daxili Monqolustan Muxtar rayonunda qasırğa nəticəsində azı 5 nəfər həlak olub.

Trend-in "Xinhua"ya istinadən verdiyi məlumata görə, bundan əlavə daha 50 nəfər xəsarət alıb. Qeyd edilir ki, qasırğa yerli vaxtla cümə günü saat 16:00-da başlayıb.

Məlumata əsasən, qasırğa bir neçə qəsəbəyə ziyan vurub, bir çox fərdi ev dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti