...

Türkiyə HHQ İraqda 13 PKK terrorçusunu məhv edib

Dünya xəbərləri Materials 14 Avqust 2017 22:17 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kandil rayonunda PKK terror qruplaşmasının mövqelərini bombalayıblar
Türkiyə HHQ İraqda 13 PKK terrorçusunu məhv edib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kandil rayonunda PKK terror qruplaşmasının mövqelərini bombalayıblar.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumaat görə, nəticədə 13 terrorçu məhv ediliv 8-i isə ağır yaralanıb.

Məlumata əsasən, PKK-nın 4 obyekti, o cümlədən silah anbarı məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti