...

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

Dünya xəbərləri Materials 21 Avqust 2017 19:33 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, 22 yaşlı mərakeşli Yunus Əbuyaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində saxlanılıb.

Katalonya polisi hesab edir ki, həmin gün avtomobilin sükanı arxasında Yunus Əbuyaqub olub. O, hadisəni törətdikdən sonra piyada ərazini tərk edibvə gizlənib.

Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti