Bakı. Trend:
Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib.
Trend-in məlumatına görə, bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib.
Nazir müavini qeyd edib ki, Ukrayna M.Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.