...

Çində aramsız yağış - Minlərlə insan təxliyə olunub

Dünya xəbərləri Materials 11 Sentyabr 2017 16:32 (UTC +04:00)
Çinin cənub-qərb və mərkəzi rayonlarında aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub
Çində aramsız yağış - Minlərlə insan təxliyə olunub

Bakı. Trend:

Çinin cənub-qərb və mərkəzi rayonlarında aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, yağıntılar dördüncü gündür ki, davam edir.

Yeddi nəfərin itkin düşdüyü məlumat verilib. Bölgədən 6,7 min adam təxliyə edilib.

Təbii fəlakət bir neçə əyalətdə ümumilikdə 600 minə yaxın insana təsir göstərib.

Yağıntı və daşqınların vurduğu ziyanın ümumi məbləği 64,5 milyon dollara bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti