...

İtaliyada bu təbliğata görə 2 il həbs gözlənilir

Dünya xəbərləri Materials 13 Sentyabr 2017 17:34 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliya parlamentində faşizmin təbliğ edilməsinə qarşı qanun layihəsi qəbul edilib.

Trend-in məlumatına görə, yeni qanun layihəsinə əsasən, faşizmə aid materialların satışı, yayılması, eləcə də faşizm salamının verilməsi cinayət hesab olunacaq.

Bu qanunu pozan şəxslərə 6 aydan 2 ilədək həbs cəzası verilə bilər.

Qanun layihəsi parlamentin aşağı palatası – Deputatlar palatasında qəbul edilib. Bundan sonra layihə Senatda müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti